Bakıda və Sumqayıtda leysan yağıb, dolu düşüb YENİLƏNİB
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər verir
16:44
Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
***
15:57
Hazırda Bakı və Sumqayıt şəhərləində xırda dənəli dolu qeydə alınır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:20 məlumatında qeyd olunub.
Bakıya dolu saat 15:45-də yağıb.
Leysan yağış ildırım və şimşəklə müşayiət olunur.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.
1 dəqiqədən az