XƏBƏRLƏR / Hava

Bakıda yağıntılı hava şəraiti gözlənilir

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bakıda yağıntılı hava şəraiti gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah, oktyabrın 14-ü gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətinin məəlumatına görə, cənub-qərb küləyinin səhər şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal edilir. 

    Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.

    Sabah ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi ehtimal edilir.

    Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.