XƏBƏRLƏR / Hava

Bakıda yağış gözlənilir

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb

Bakıda yağış gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz çiskinli yağış yağacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun gecə 4-6°, gündüz 6-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


    Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq, qərb küləyi güclənəcək.

    Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

    Gecə və səhər dağlıq rayonların avtomobil yollarında buz bağlaması gözlənilir.