XƏBƏRLƏR / Hava

Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.