Bakıda yaşayış binasında baş vermiş yanğında bir nəfər ölüb
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.