XƏBƏRLƏR / İctimaiyyət

Zibilliyə atılan körpənin anası tapıldı YENİLƏNİB

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib

Zibilliyə atılan körpənin anası tapıldı YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:30

    Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

    Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

    Araşdırmalar davam edir.

    ***

    Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

    Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

    Uşaq hazırda Körpələr evinə yerləşdirilib.

    Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.