Bakıdakı Fransız Liseyi bağlanır
2014-cü ildən fəaliyyət göstərən Fransız liseyini SOCAR maliyyələşdirirdi
Fransız Liseyi Bakıda fəaliyyətini dayandırır - media
Bununla bağlı orada təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təlim akademik semestrin sonuna qədər davam edəcək.
Yeni dərs ilindən gimnaziya fəaliyyət göstərməyəcək.
İddia olunur ki, 10 ildir fəaliyyət göstərən təhsil kompleksinin bağlanmasına səbəb maliyyə problemləridir.
Məlumata görə, yaxın günlərdə hazırda liseydə təhsil alan 200-ə yaxın şagirdin aqibəti ilə bağlı iclas keçiriləcək.
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən Fransız liseyini SOCAR maliyyələşdirirdi.
Xatırladaq ki, bundan əvvəl Paris məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırıb.