Bakıdan çıxan köç karvanı Zabux kəndinə çatıb
Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub
Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan Laçına yollanan ailələr doğma yurdlarına - Zabux kəndinə çatıblar.
Laçın rayonunun Zabux kəndi bu gün 27 ailəyə qucaq açıb və daha 95 sakinin yurd həsrəti bitib.
Onlar kənddə böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub.
Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb.