Bakının görüş təklifini rədd edən separatçılar yalvarırlar
Separatçı xunta Rusiya planına uyğun "status" məsələsini gələcək nəsillərə saxlamağı xahiş edirlər
İki dəfə rəsmi Bakının danıışıqlara dəvətini rədd edən Xankəndidəki separatçı xunta düşdüyü çıxılmaz vəziyyəti anlayaraq, oyuncaq "xarici işlər naziri" Sergey Qazaryanın adından Azərbaycan rəhbərliyinə müraciət edib: "Biz Azərbaycanla münaqişənin hərtərəfli və qarşılıqlı məqbul həlli üzrə razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında danışıqlara başlamağa hazırıq."
"Heç zaman Azərbaycanın tərkibində olmayacaqları" barədə boş-boş bəyanatlar verənlər indi ritorikalarını 180 dərəcə dəyişiblər: "Əgər bu gün Artsaxın statusunun danışıqlar yolu ilə həllinə nail olmaq mümkün deyilsə, o zaman bu problemin mövcudluğunu etiraf etmək və bunun üçün əlverişli şərait yaranana qədər onun həllini təxirə salmaq lazımdır".
Maraqlıdır ki, bu "təklif" Rusiya Federasiyasının hazırladığı və Azərbaycan tərəfinin rədd etdiyi "Sülh sazişi"nin tərkib hissəsi idi.