XƏBƏRLƏR / İctimaiyyət

Bakının mərkəzində 5 mərtəbədən hündür bina tikilməyəcək

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib

Bakının mərkəzində 5 mərtəbədən hündür bina tikilməyəcək
Anar Quliyev
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakının mərkəzində 5 mərtəbədən hündür binaların tikintisi qadağan ediləcək.

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri bildirib ki, bu, xüsusi mühafizə zonasına aid edilən paytaxtın min hektardan çox ərazisinə aiddir.

    “Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb və bununla da tikinti məsələlərinə məhdudiyyətlər qoyulub”, - Anar Quliyev qeyd edib.

    Xüsusilə şəhərin mərkəzində tarixi-mədəni irsə hörmət nəzərə alınmaqla ciddi addımlar atılacağını sözlərinə əlavə edib.

    Bakının baş planı Vyana nümunəsidir. Bu barədə Anar Quliyev məlumat verib:

    "Biz Baş Planı hazırlayarkən Vyana və Dubayı müqayisə üçün əsas götürdük.  Bilirik ki, Dubay piyadaların hərəkəti üçün ciddi infrastruktur yaradır. Vyana ictimai nəqliyyatdan istifadənin rahat olduğu şəhərdir. Müqayisə apararkən nümunə olaraq Vyananı götürdük”, - komitə sədri əlavə edib.