XƏBƏRLƏR / Hava

Bakıya 2 santimetr qar yağıb

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bakıya 2 santimetr qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, Biləsuvar 22 sm, İmişli 20 sm, Quba 18 sm, Xaltan, Beyləqan 15 sm, Naxçıvan, Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və Abşeron yarımadasında isə 2 sm olub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Naxçıvan MR-da 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.