Balakənin icra başçısı vəzifəsindən azad edilib
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.
Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
1 dəqiqədən az