XƏBƏRLƏR / Yaddaş

Ballıqaya faciəsində həyat yoldaşı və 6 uşağını itirən adam

Ermənilər böyüyünün 12, kiçiyi isə cəmi 6 aylıq olan altı azyaşlı uşağı vəhşıcəsinə qətlə yetiriblər

Ballıqaya faciəsində həyat yoldaşı və 6 uşağını itirən adam
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şəkildə gördüyünüz adam Vəzir Humbətovdur. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə Vəzir həyat yoldaşını və böyüyünün 12, kiçiyi isə cəmi 6 aylıq olan altı azyaşlı uşağını itirdi.

    Həmin gecə erməni barbarları Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığındakı Gülüstan meşəsində Laçın rayonundan olan məcburi köçkünlərin gecələdiyi çadırlara hücum ediblər. Erməni diversantlarının hücumu nəticəsində 24 dinc sakin həlak olub, 9 dinc sakin yaralanıb. Ölənlər arasında Vəzirin 6 uşağı da var. Həmin vaxt o, özü də Bardda ailəsi üçün ev axtarırdı. Geri qayıdanda ailəsinin yaşadığı çadırı yanmış vəziyyətdə tapır. 

    Həyat yoldaşı Xuraman və uşaqları

    Elçin (12 yaş),

    Bəxtiyar (10 yaş),

    İsmayıl (8 yaş),

    Nevadi (6 yaş)

    Gülnar (4 yaş)

    Canpolad (6 ay) yandığını görür. 

    Avropa bu qırğına susur. ABŞ buna susur. Rusiya da  bu barədə susur.