XƏBƏRLƏR / Diplomatiya

Barrak: Türkiyə ABŞ Prezidenti üçün çox vacib tərəfdaşdır

Bunu CNN Türk-ə verdiyi müsahibədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bəyan edib

Barrak: Türkiyə ABŞ Prezidenti üçün çox vacib tərəfdaşdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak CNN Türk-ə verdiyi müsahibədə deyib ki, Türkiyə ABŞ Prezidenti üçün çox vacib tərəfdaşdır. Prezident Ərdoğan və Prezident Tramp arasında yaxşı harmoniya var.

    Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması məsələsi kritik deyil. ABŞ Konqresində S-400 və CAATSA sanksiyaları (Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanunu) məsələsi davam edir. Konqres S-400 məsələsinin həlli üzərində işləməlidir.