“Barış Boyun” cinayətkar təşkilatının rəhbəri Bakıda tutulub
"Anadolu" xəbər verir
Türkiyədə “Barış Boyun” cinayətkar təşkilatının rəhbərlərindən biri hesab edilən Mehmet Rəcəb Dəmir Azərbaycanda saxlanılıb.
"Anadolu" xəbər verir ki, İstanbul Baş Prokurorluğu Dəmirin Türkiyəyə qaytarılması məqsədilə Azərbaycan məhkəmə orqanlarına təqdim olunmaq üçün ekstradisiya sorğusu hazırlayıb.
Məlumata görə, silahlı cinayətkar təşkilata qarşı aparılan istintaq çərçivəsində axtarılan Mehmet Rəcəb Dəmir barəsində 48 ayrı-ayrı saxlanılma qərarı mövcuddur.
O, Azərbaycanda saxlanıldıqdan sonra ölkənin Cinayət Məcəlləsində nəzərdə tutulan “sərhədi qanunsuz keçmə” cinayətinə görə həbs edilib.
İstanbul Baş Prokurorluğu Dəmirin Türkiyəyə ekstradisiyası üçün müvafiq hüquqi prosedura başlayıb.
Qeyd edək ki, “Barış Boyun” cinayətkar təşkilatı Türkiyədə və beynəlxalq səviyyədə fəaliyyət göstərən silahlı mütəşəkkil cinayətkar qruplaşma kimi tanınır.
1 dəqiqə