Baş prokuror: Sadəcə prosessual məsələlərdən söhbət gedir
Bunu Kamran Əliyev İran terrorçusu Yasin Hüseynzadənin edamının ləngiməsinin səbəbi haqda deyib
"2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir".
Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib:
"Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək", - o deyib.