Basketbolçu qızlarımız Avropa çempionu oldu VİDEO
Cəbəllütariqdə keçirilən Avropa birinciliyində 16 yaşlı qızlarımız bütün oyunlarda rəqiblərə qalib gəliblər

U 16 basketbolçu qızlarımız Cəbəllütariqdə keçirilən Avropa birinciliyində Kipr yığmasına 69:52 hesabı ilə qalib gələrək Avropa Çempionu oldular. VİDEO
Evren Alkayanın yetirmələri qrup mərhələsində Ermənistanı 86:59, Gürcüstanı 97:40, Kipri 68:45 hesabı ilə məğlub ediblər. Yarımfinalda isə yığmaAlbaniyanı üstələyib - 92:62.