XƏBƏRLƏR / Qalmaqal

Bayden Ukraynaya atom bombası verir?

Bu barədə amerikalı konqresmen xanım Marcori Teylor-Grin məlumat yayıb

Bayden Ukraynaya atom bombası verir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Amerikalı konqresmen xanım Marcori Teylor-Qrin: ABŞ Prezidenti Co Baydenin Ukraynaya nüvə silahı verməsi mümkünlüyü vətənə xəyanət ola bilər.

    “Bu, sadəcə olaraq ağılsızlıq və konstitusiyanın tamamilə pozulması, bəlkə də vətənə xəyanətdir.

    Bu dərhal dayandırılmalıdır!

    Bayden administrasiyası nüvə müharibəsi başlatmağa və bundan hakimiyyətin Trampa ötürülməsini dayandırmaq üçün bəhanə kimi istifadə etməyə çalışırmı?” - Teylor-Qrine "X" sosial şəbəkəsində yazıb.

    Kreml nüvə silahının Kiyevə ötürülməsi ideyasını son dərəcə ekstremist adlandırıb

    Bundan əvvəl “New York Times” bəzi Amerika və Avropa rəsmilərinin Ukraynaya nüvə silahını qaytarmağı təklif etdiklərini yazıb.
    Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, bu, yəqin ki, reallığı zəif dərk edən və bu cür bəyanatlar verərkən zərrə qədər də məsuliyyət hiss etməyən insanların tamamilə məsuliyyətsiz mülahizəsidir.