BLOQ

Bayraktar Azərbaycanın quzeyini, Akıncı güneyini fəth etdi

Prezidentin qoruma helikopterləri nə ilə məşğul idi?

Bayraktar Azərbaycanın quzeyini, Akıncı güneyini fəth etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezidenti iki qoruma helikopteri müşayət edirdi.

    Məncə, bu helikopterlərin radarına yalançı görüntülər ötürülüb.

    Helikopterdəkilər elə biliblər ki, prezident helikopterini müşayiət edirlər. Eniş nöqtəsinədək bu cür aldanıblar.
    Oxşar fəndi 6 sentyabr 2007-ci ildə, İsrail qırıcıları Suriyada "Meyvə bağı" ( מבצע בוסת) əməliyyatı zamanı gerçəkləşdiriblər.
    Suriya havadan müdafiə sistemlərinə saxta görüntülər, siqnallar sızdırıblar. Nəticədə Suriyanın "Deyr az Zur"dakı nüvə mühərrikini məhv etməyi bacarıblar.

    Cəfər Cabbarlının ölməz "1905-ci il" pyesini bu dəfə fərqli səslərlə eşitdim. Əsər "2024-cü ildə"adlanırdı bu dəfə. Pərdələri arxasından Rəisinin, Abdullahiyanın fəryadı gəlirdi: "Atan kazaklardır".

    Mühafizə helikopterlərindəkilər bəlkə Təbrizə qədər öz ekranlarına aldanıblar. Xilasetmə üçün ən vacib olanı - Alihəzrət zamanı məhz həmin anlarda itiriblər.

    İran havadan müdafiə sistemləri birinci dəfə deyil ki, bu cür oxşar yalançı görüntülərə, siqnallara aldanırlar. 

    2020-ci ilin yanvarında da İran havadan müdafiə sistemləri yalançı siqnallara uyub, Tehran üzərində mülkü təyyarəni - Ukrayna təyyarəsini vurmuşdular.

    Bu sahədəki geriliyi aradan götürməyə İranın xeyli vaxtı olsa da nə xeyri?

    Qısası, "İran prezidentlərini təyyarələrinə, helikopterlərinə minmək təhlükəlidir" cümləsi uluslararası mediada artıq tirajlanır.

    Dönür Tehran üçün öldürücü memə.

    2020-ci ildə Bayraktar PUA-sı Quzey Azərbaycan səmasını necə fəth etmişdisə...

    2024-cü ildə Güney Azərbaycan səmasını "Akınçı" PUA-sı da oxşarcasına fəth etdi.