Bayramov Berbokla Bakı-İrəvan arasındakı vəziyyətdən danışıb
Bu barədə Azərbaycan XİN-i xəbər verir
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında Ceyhun Bayramov və Annalena Berbok tərəfindən müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri almaniyalı həmkarına münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət, o cümlədən Qarabağda aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında əksini tapan Azərbaycana qarşı davam edən ərazi iddialarına, bu ölkənin sürətlə silahlanmasına toxunan Bayramov bütün bunların sülh gündəminə təhlükə yaratdığını bildirib.