BLOQ

Bayramov Lavrova niyə zəng vurub?

Bu iki ölkənin baş nazir müavinləri arasında Həştərxanda aparılan danışıqların məntiqi davamı olub

Bayramov Lavrova niyə zəng vurub?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə hökumətlərarası komissiyanın iclasından sonra baş tutub. Belə görüşlər hər il keçirilir, lakin bu dəfə Rusiya tərəfi xüsusi ilə görüşün keçirilməsində təkid edib və bu görüş zamanı qarşılıqlı maraq doğuran çoxlu sayda məsələlər müzakirə olunub.

    Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çoxşaxəli və çoxsəviyyəli xarakter alıb. Bütün yığılmış problemləri bir anda həll etmək demək olar ki, mümkün deyil. Məhz buna görə də, fikrimcə, komissiyanın iclasının ertəsi günü Azərbaycanın xarici işlər nazirinin rusiyalı həmkarına zəngi baş nazirin müavinləri Şahin Mustafayevlə və Aleksey Overçuk arasında müzakirə olunan mövzularla bağlı olub.

    Çox güman ki, görüş zamanı tərəflər bir sıra sahələrdə öz mövqelərini açıqlayıb və qarşılıqlı tələblər irəli sürüblər - ayrı-ayrı böhranların həlli, bəzi məsələlərin dondurulması, digərlərinin isə dayandırılması məqsədi ilə.

    Görüşdən sonra yəqin ki, tərəflər öz mövqelərini formalaşdırıblar və Bayramov səslənən təkliflərə cavabını rusiyalı həmkarına çatdıra bilərdi.

    Müzakirə olunan məsələlərin mahiyyətinə gəlincə, ayın sonunadək - ŞƏT-in Çinin Tianjin sammiti (avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək), həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iştirakı gözlənilən İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində müəyyən aydınlıq gələ bilər.

    Ehtimal etmək olar ki, bu tədbirlər çərçivəsində dövlət başçılarının ikitərəfli görüşünün keçirilməsi mümkündür. Lakin belə bir görüşün formatı və məzmunu, hətta onun keçirilməməsi birbaşa mövcud diplomatik danışıqların nəticəsi olacaq.

    Əksər məsələlərdə razılıq əldə olunmasa, böyük ehtimalla görüş baş tutmayacaq. Mövqelərin yaxınlaşması və digər məsələlərlə bağlı hər bir ekspert belə görüşün bütövlükdə mümkün olduğunu bildirib.

    Bayramovun Lavrova telefon zəngi baş nazir müavinləri arasında Həştərxanda aparılan danışıqların məntiqi davamı olub.