Bayramov və Kallas Nyu Yorkda görüşüblər
Bu barədə Azərbaycan xarici işlər nazirliyi xəbər yayıb

Bayramov və Kallas Nyu Yorkda danışıqlar aparıblar.
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Bayramov Avropa İttifaqının diplomatiya rəhbəri Kallas ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Əsas diqqət siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi olub.
Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və Bakı ilə İrəvan arasında davam edən sülh prosesini müzakirə ediblər.