BBC: Kremlin əlavə hədə-qorxu tədbiri
Rusiya xaricdə həbs olunan vətəndaşlarını "qorumaq" üçün qoşunların göndərilməsinə icazə verən qanun qəbul edir
Dövlət Duması "Müdafiə Qanunu"na düzəlişini birinci oxunuşda qəbul edib.
Bu düzəliş Rusiya Prezidentinə beynəlxalq və milli məhkəmələr tərəfindən xaricdə saxlanılan Rusiya vətəndaşlarını "qorumaq" üçün digər ölkələrə qoşun yeridilməsinə imkan verir. Ekspertlər bu təşəbbüsü "qorxutma tədbiri" adlandırırlar və qeyd edirlər ki, düzəliş qeyri-rəsmi olaraq "Haaqa İşğal Qanunu" kimi tanınan ABŞ Hərbi Xidmətçilərinin Qorunması Qanununu təkrar etdirir.
Xaricdə təqibdən müdafiə üçün güc tətbiqetmə
Rusiya müdafiə nazirinin müavini Anna Tsivileva (Vladimir Putinin yaxın qohumu - ANS Press) Dumada çıxış edərək sadəcə layihənin Rusiya Prezidentinin qərarı ilə xaricdəki Rusiya vətəndaşlarını cinayət və digər təqiblərdən qorumaq üçün hazırlandığını xatırladıb.

Deputatlar sənədin birinci oxunuşda qəbul edilməsi üçün yekdilliklə səs veriblər. Qanun layihəsinin baxılması beş dəqiqədən az vaxt aparıb. Rusiya hökuməti 19 martda Dövlət Dumasına "Vətəndaşlıq haqqında" və "Müdafiə haqqında" qanunlara düzəlişlər layihəsini təqdim edib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, qanun layihəsinin məqsədi "vətəndaşlarımızın hüquqlarının düşmən xarici dövlətlərin hərəkətlərindən qorunmasını gücləndirmək" və xaricdə "onların hüquq və azadlıqlarının qanunsuz pozulması"dır.

"Vətəndaşlıq haqqında" Qanuna Rusiya hakimiyyət orqanlarının xaricdə həbs olunmuş, saxlanılmış və ya təqib olunmuş vətəndaşları qorumaq üçün "lazımi tədbirlər gördüyü" barədə müddəa əlavə olunur.
"Müdafiə haqqında" Qanuna edilən düzəliş bu tədbirlərin nə olduğunu izah edir. Buraya prezidentə silahlı qüvvələrdən "təyin olunmuş məqsəddən başqa" istifadə etməyə icazə verən müddəa daxildir, lakin bu cür istifadənin konkret halları sadalanmır.

Düzəlişdə prezidentin təqib olunan Rusiya vətəndaşlarını qorumaq üçün xaricə "daxil olmaqla" qoşun göndərə biləcəyi bəyan edilir. Qanun layihəsinə görə, Rusiya hakimiyyəti belə bir məcburi qorumanı xaricdə həbs olunmuş bütün ruslara deyil, yalnız beynəlxalq məhkəmələr və ya digər dövlətlər tərəfindən "səlahiyyətli" olan milli məhkəmələr tərəfindən təqib edilənlərə vəd edir.
Rusiya hakimiyyətinin digər ölkələri hərbi müdaxilə ilə hədələdiyi sənəddə "səlahiyyət verilməsi"nin nə demək olduğu aydınlaşdırılmır.
Köln Universitetinin beynəlxalq hüquqşünası Qleb Boquş BBC-yə bildirib ki, "Bu, olduqca alayarımçıq və qeyri-müəyyən bir ifadədir".
Beynəlxalq hüquqşünas Qriqori Vaypan (Rusiyada "xarici agent" hesab olunur) qeyd edir ki, beynəlxalq hüquq yalnız silahlı hücum zamanı özünümüdafiə məqsədilə güc tətbiq etməyə icazə verir.
Ekspert deyir ki, Rusiyanın xarici ölkədə təqiblə üzləşən vətəndaşlarını qorumaq üçün artıq başqa hüquqi vasitələri var. Bu müddəalar Konsulluq Xartiyasında təsbit olunub.
3 dəqiqə