Belarusda Ermənistan konyakı qadağan edilib
Konyakın tərkibində "təhlükəli maddə" tapılıb
Belarus Dövlət Standartının məlumatına görə, səkkiz illik "Yerevan 2800" konyakı tərkibindəki az tanin miqdarına görə "təhlükəli məhsul" hesab edilib.
Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsalı olan konyakın Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi qeyd olunub.
Bundan əvvəl Rusiyada da bir sıra Ermənistan istehsalı şərab və konyakların məcburi tələblərə uyğun olmadığı əsas gətirilərək satışına məhdudiyyətlər tətbiq edilmişdi.
1 dəqiqədən az