Belarusla sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Milli Məclis müvafiq sazişi ratifikasiya edib
Milli Məclis Azərbaycan ilə Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi ilə bağlı sazişi ratifikasiya edib.
Parlamentin aprelin 10-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
1 dəqiqədən az