Bərdədə at ətini mal əti adı ilə satışa çıxarmaq istəyiblər
AQTA və DİN birgə reyd keçirib
Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Novruzov Zaur Məmməd oğluna məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.
Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir.
1 dəqiqə