XƏBƏRLƏR / Münaqişə

Bəşar Əsədin qardaşı İsrail raketi ilə öldürülüb?

Maher Əsəd İranla yaxınlıq edirdi və Türkiyə ilə münasibətlərin bərpa olunmasının kəskin əleyhinə idi

Bəşar Əsədin qardaşı İsrail raketi ilə öldürülüb?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İlkin məlumatlara görə, İsrailin son hava hücumları Suriya prezidenti Bəşar Əsədin qardaşı Maher Əsədə məxsus Dəməşq yaxınlığındakı villasını hədəf alıb. 

    Maher Əsəd Suriya ordusunun dördüncü diviziyasının komandiridir. 

    Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) öz mənbələrinə istinadən bildirir ki, Maher Əsəd 4-cü diviziyanın anbarlarından silahların Livana ötürüləcəyi təqdirdə, özünün TSAXAL-ın hədəf bankına düşəcəyi barədə xəbərdarlıq alıb.

    Eyni mənbələr Maher Əsədin Yafurda yaralanması və ya öldürülməsi ilə bağlı xəbərləri təkzib ediblər. Onların sözlərinə görə, o, hücum zamanı villada olmayıb. Eyni zamanda, İsrail televiziyasının 14-cü kanalının saytı ərəb mediasına istinadən yazır ki, İsrail ordusunun hücumu zamanı Maher Əsəd qərargahda olub.

    İsrail bu məlumatı şərh etmir. Suriya rəsmiləri də heç bir şərh vermir.

    Məlumat təsdiq olunarsa, bu, o deməkdir ki, Bəşar Əsəd də “yeni nizam”da dəyişiklik prosesinə daxil olacaq. 

    Qeyd edək ki, Maher Əsədin arxasında İranın durduğu deyilirdi və o, Türkiyə ilə münasibətlərin bərpa olunmasının qəti əleyhinə idi.