Bəxtiyar Ersay Türkiyənin 1-ci Ordusunun komandanı oldu
R.T.Ərdoğan Azərbaycan müdafiə nazirinin müşavirinə avqustun 5-də ordu generalı rütbəsi vermişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib: Quru Qoşunlarında 119 general, Hərbi Hava Qüvvələrində 31 general, Hərbi Dəniz Qüvvələrində 35 admiral dəyişdirilib. Azərbaycan müdafiə nazirinin müşaviri Bəxtiyar Ersay Türkiyənin 1-ci Ordusunun* komandanı təyin edilib.
Xatırladaq ki, Ərdoğan avqustun 5-də Bəxtiyar paşaya ordu generalı rütbəsi vermişdi.
* - Türkiyənin 1-ci Ordusu Türkiyə Quru Qoşunlarının əsas hərbi birləşməsidir. Dörd səhra ordusundan biridir və Yunanıstan və Bolqarıstanla sərhədləri, o cümlədən strateji əhəmiyyətli Bosfor və Çanaqqala boğazlarını qorumaq vəzifəsi daşıyır. 1-ci Ordunun qərargahı İstanbulun Səlimiyə kazarmasında yerləşir.