Bəxtiyar Hacıyev həbsdə qaldı
Xətai Rayon Məhkəməsi onun vəsatətini təmin etməyib
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb.
Xətai Rayon Məhkəməsi onun vəsatətini təmin etməyib.
O, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün özü məhkəməyə müraciət etmişdi.
Məhkəmə təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.