Bəxtiyar Hacıyev Prezidentə müraciət etdi
Məktubun fotosu sosial şəbəkələrdə paylaşılıb
İctimai fəal Bəxtiyar Hacıyev həbsxanadan Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məktubun fotosu sosial şəbəkələrdə paylaşılıb.
O, dövlət başçısından həbsdən buraxılmasına kömək etməsini xahiş edib.
Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.