XƏBƏRLƏR / Kriminal

Beynəlxalq axtarışda olan şəxs Rusiyaya ekstradisiya edilib

Baş Prokurorluğun məlumatı

Beynəlxalq axtarışda olan şəxs Rusiyaya ekstradisiya edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beynəlxalq axtarışda olan şəxs Rusiyaya ekstradisiya edilib.

    Rusiya Federasiyasının vətəndaşı, 1995-ci il təvəllüdlü Zeynalov Sexran Ablaqa oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.


    Rusiyada satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə və saxlama əməlinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş S.A.Zeynalov cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.