XƏBƏRLƏR / Hava

Bəzi çaylardan sel keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bəzi çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.