XƏBƏRLƏR / Hava

Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.