XƏBƏRLƏR / Hava

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.