XƏBƏRLƏR / Hava

Bəzi rayonlara leysan yağıb

Faktiki nava

Bəzi rayonlara leysan yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə sentyabrın 5-i saat 10:00-a olan məlumata əsasən, qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.

    Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.