XƏBƏRLƏR / Hava

Bəzi rayonlarda güclü yağlş sellə nəticələnəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Bəzi rayonlarda güclü yağlş sellə nəticələnəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 25-dən 30-u səhərədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

    Məlumata əsasən, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.