XƏBƏRLƏR / Hava

Bəzi rayonlarda intensiv yağış yağır, şimşək çaxır

Faktiki hava

Bəzi rayonlarda intensiv yağış yağır, şimşək çaxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Saat 18:00-a olan məlumata əsasən, bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunur ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

    Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.

    Saat 17:42-17:48 radələrində Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.