XƏBƏRLƏR / Hava

Bəzi rayonlarda leysan yağış yağır

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bəzi rayonlarda leysan yağış yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Saat 14:00-a olan məlumata əsasən əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.