XƏBƏRLƏR / Hava

Bəzi regionlarda hava 20 dərəcəyədək isinəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bəzi regionlarda hava 20 dərəcəyədək isinəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.