XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə arabir leysan yağıb

Faktiki hava

Bəzi yerlərdə arabir leysan yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 27-si saat 9:00-a olan faktiki hava aşıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

    Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

    İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.