XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb

Faktiki hava

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 17-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

    Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.