XƏBƏRLƏR / İctimaiyyət

Bəzi yerlərdə "Qırmızı kitab"dakı heyvan ətləri satılırmış

AQTA xəbər verir

Bəzi yerlərdə "Qırmızı kitab"dakı heyvan ətləri satılırmış
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2025-ci ildə yeddi obyektdə "Qırmızı kitab"a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb.

    Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, 2025-ci ildə aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə "kənd toyuğu" görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb:

    "Eyni zamanda, bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib".