XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edib

Faktiki hava

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 29-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

    Düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə (Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 millimetrədək qeydə alınıb.

    Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay (Şəki), Şamaxı, Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.