XƏBƏRLƏR / Nəqliyyat

Biləcəridən Ermənistana taxıl və gübrə göndərilib YENİLƏNİB

Mallar Azərbaycandan tranzitlə keçməklə Ermənistana Rusiyadan göndərilir

Biləcəridən Ermənistana taxıl və gübrə göndərilib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:54

    Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.

    Ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 ədəd vaqondan ibarət gübrə yüklü qatar Ermənistan Respublikasına göndərilib.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

    ***

    10:42

    Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə yola salınacaq.

    Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına taxıl və gübrə göndəriləcək.

    Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.