XƏBƏRLƏR / İctimaiyyət

Bir ailənin iki üzvü dənizdə batıb

Mərdəkanda faciə baş verib

Bir ailənin iki üzvü dənizdə batıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.

    Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

    Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.