Qayıdış

Bir həftə ərzində nə qədər mina və hərbi sursat aşkarlanıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir

Bir həftə ərzində nə qədər mina və hərbi sursat aşkarlanıb?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb.

    ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.