XƏBƏRLƏR / İctimaiyyət

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub

Atayev Atakişi 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Atayev Atakişi Qəhrəman oğlu dəfn olunub.

    Şəhidin dəfn mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb.