Biz Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq
Bunu xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında deyib
Bayramov: Azərbaycan məsələni həll etməyə və Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır.
Onun sözlərinə görə, İrəvan müqavilənin imzalanması üçün fərqli müddətlər verir, Bakı isə Ermənistan rəsmilərinin açıqlamalarını diqqətlə izləyir.
Nazir vurğulayıb ki, Azərbaycan Vaşinqton sammitində xoşməramlı mövqe nümayiş etdirib və sülh prosesində konkret nəticələr əldə etmək üçün birtərəfli addımlar atır. Eyni zamanda, Ermənistanın hələ də daxili problemləri var və Bakı bunları izləyir.
Bayramov əlavə edib ki, sülh həm Ermənistan, həm də Azərbaycan cəmiyyətləri üçün vacibdir.
1 dəqiqədən az