MÜSAHİBƏ

Biz “Qarabağ”ın məğlub etdiyi komandalardan güclüyük

Bunu mübahibəsində “Qarabağ”ın rəqibi İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Rydström deyib

Biz “Qarabağ”ın məğlub etdiyi komandalardan güclüyük
Henrik Rydström
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Rydström Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda bu gün Bakıda Azərbaycan "Qarabağ"ına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

    - “Qarabağ”ın İsveç klublarına qarşı müsbət statistikasını nəzərə alırsız?

    - “Qarabağ”ın İsveç klublarına qarşı müsbət statistikasından qorxmuruq. Meydanda statistika açıqlanmayacaq. Biz “Qarabağ”ın məğlub etdiyi komandalardan güclüyük. Onları da məğlub etdik. Rəqibinizi təhlil edin. Çox güclü komanda. Bu, Avropa Liqasının ən yaxşı komandalarından biridir. Xüsusilə doğma meydanda topa sahib olduqları zaman güclü olurlar. Bizi çətin oyun gözləyir. Amma biz futbol oynamağa gəlmişik. Ümid edirəm ki, sabahkı oyun bizim üçün uğurlu olacaq”.

    - Sizcə, “Malmö” “Qarabağ”dan güclüdür?

    - Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, İsveçdə o qədər də tanınmırlar, amma topa sahib olanda çox güclü olurlar. Onlar Qlazqo Reyncers və Spartadan güclüdürlər. Yaxşı hazırlaşmalıyıq.

    - Ölkəmizdə Malmö ilə matça potensial üç xal kimi baxılır. Bu barədə nə düşünürsünüz?

    - İsveçdə isə bizə inanırlar. İnsanların nə düşündüyü məni maraqlandırmır. Rəqibimiz güclüdür, amma öz oyunumuzu oynayacağıq. Sabah iki güclü komandanın qarşılaşması olacaq.