"Biz RSK yerləşdiyi ərazidə nə baş verdiyini yaxşı görürük"
Bunu “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib
“Biz Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazidə nə baş verdiyini yaxşı görürük”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Biz lazımi məlumatları vaxtında müvafiq orqanlara çatdıra bilərik”, - deyə Saməddin Əsədov bildirib.